Azərbaycan Futbolu

Azərbaycan millisi Ukraynaya səfərdə məğlub oldu

Bakı, 14 oktyabr, Tsport.az

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Tsport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Ukrayna ilə qarşılaşıb və oyunu 2:1 hesabı ilə uduzub.

Matç Polşanın “Krakoviya” stadionunda baş tutub və görüşü Avstriyalı hakim Sebastian Gişamerin briqadası idarə edib.

Azərbaycan yığması qrupdakı ilk xalını məhz bu rəqibə qarşı Bakıda keçirdiyi oyunda qazanmışdı – həmin matç 1:1 hesabı ilə başa çatmışdı.

Qollar:
Aleksey Qutsulyak (30), Vitali Mikolenko (avtoqol, 45+3), Ruslan Malinovski (64)