Azərbaycan Futbolu

Azərbaycan millisi yenə Belarusla bacarmadı

Bakı, 1 iyul , Tsport.az 

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu da məğlubiyyətlə başa vurub.

Tsport.az xəbər verir ki, Minskdə yerləşən “Traktor” stadionunda baş tutan qarşılaşmada komandamız Belarus yığmasına 0:2 hesabı ilə uduzub. Oyunu rusiyalı hakim Vera Opeykina idarə edib.

Bu, millimizin Belarusla ardıcıl ikinci məğlubiyyəti olub. İyunun 28-də keçirilən ilk oyunda Azərbaycan 0:3 hesabı ilə məğlubiyyətə uğramışdı.

Beləliklə, iki görüşdə milli komandamız ümumilikdə 5 cavabsız qol buraxıb.