Azərbaycan Futbolu

Azərbaycan millisindən Belarusla ilk görüşdə məğlubiyyət

Bakı, 28 iyun , Tsport.az 

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununa çıxıb. Millimiz Jodino şəhərində yerləşən “Stadyen Tarpeda”da Belarusun A milli komandası ilə üz-üzə gəlib.

Tsport.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma əsasən Belarus yığmasının üstünlüyü şəraitində keçib və nəticədə Azərbaycan komandası toplanışdakı ilk imtahandan məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, tərəflər arasında növbəti yoldaşlıq görüşü iyulun 1-də Minskdəki “Stadyen Traktar”da baş tutacaq. Bu qarşılaşmada baş məşqçi Siyasət Əsgərovun yetirmələrinin daha yaxşı nəticə üçün çalışacağı gözlənilir.