-->
Azərbaycan Futbolu

Azərbaycan millisindən qələbə!

Bakı, 4 aprel, Tsport.az

Azərbaycan qadın futbol milli komandası UEFA Millətlər Liqasının C Liqası, 4-cü qrupunda Litva yığması ilə səfərdə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Tsport.az xəbər verir ki, oyunun ilk qolunu 21-ci dəqiqədə Esra  Manya vurub. İkinci hissədə isə Nigar Mirzəliyeva 56-cı dəqiqədə fərqlənərək qələbəni rəsmiləşdirib. Komandamızın oyun ərzində  üstün futbol sərgilədiyi və rəqibinə ciddi imkanlar vermədiyi müşahidə olunub.

Bu qələbə Azərbaycan millisinin turnirdə irəliləməsi baxımından əhəmiyyətli oyun idi.

Qızlarımızı bu oyunda qazandıqları qələbə münasibətilə təbrik edir,növbəti matçlarında da uğurlu çıxışlarını davam etdirməyi arzulayırıq!

Aytac Mustafayeva