Azərbaycan millisindən tarixi uğur
Bakı, 16 iyun , Tsport.az
Albaniyanın paytaxtı Tiranada keçirilən “Davis Cup” turniri başa çatıb və Azərbaycan millisi möhtəşəm qələbələrlə 3-cü qrupa yüksəlib.
Tsport.az xəbər verir ki, baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kənan Qasımov, Tamerlan Əzizov və Elvin Həşimovdan ibarət komandamız Andorra və San Marino millilərini məğlub edərək pley-offa adlayıb. Bu mərhələdə Lixtenşteyn seçməsinə qalib gələn millimiz 4-cü qrupdan 3-cü qrupa yüksəlməyi bacarıb.
Azərbaycan Tennis Federasiyasının rəsmiləri Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı qarşılayıb, bu uğur ölkəmizin tennis tarixində mühüm mərhələ kimi qiymətləndirilir.