Digər

Azərbaycan millisinin “Billie Jean King Cup”da mübarizəyə başladı

Bakı, 16 iyun , Tsport.az 

Bu gün Moldovada “Billie Jean King Cup” tennis turnirinə start verilib. Beynəlxalq yarışda qadın idmançılar arasında Azərbaycan millisi də mübarizəyə qoşulub.

Tsport.az xəbər verir ki,  Komandamız məşqçi Rauf Eyvazovun rəhbərliyi altında turnirə qatılıb. Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn Azərbaycanın idman şərəfini qoruyur. Millimiz 3-cü qrupda yarışır və rəqibləri Albaniya, İrlandiya və ev sahibi Moldova komandalarıdır.