Azərbaycan FutboluDünya Futbolu

Azərbaycan Minifutbol üzrə Dünya Çempionu Oldu!

Bakı, 1 iyun , Tsport.az 

2025-ci il Minifutbol üzrə Dünya Çempionatının finalında Azərbaycan millisi tarixi nailiyyətə imza atıb. Bakıdakı Milli Gimnastika Arenasında keçirilən final görüşündə komandamız Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edərək dünya çempionu oldu.

Tsport.az xəbər verir ki ,millimizin heyətində qolları ilə Təmkin Xəlilzadə (2’ ),Məhəmməd Xəlilov (8’ )və Rəvan Kərimov (10’,29’ )fərqləniblər.

Qeyd edək ki,Azərbaycan milli komandası tarixdə ilk dəfə dünya çempionudur!

Minifutbol millimizi bu böyük tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik!
Əzmkarlığınız, fədakarlığınız və qələbənizə görə təşəkkürlər,çempionlar!

Uğurlarınız davamlı, yolunuz daim açıq olsun! Gələcək turnirlərdə də uğurlar arzulayırıq.

Aytac Mustafayeva