Azərbaycan Qılıncoynatma idmanı böyük itki verib
Bakı, 2 mart, Tsport.az
Azərbaycan qılıncoynatma ictimaiyyəti ağır itki ilə üzləşib.
Tsport.az xəbər verir ki, qurumun vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.