Azərbaycan Qran Prisi: Verstappen qalibiyyət qazandı!
Bakı,21 sentyabr , Tsport.az
Bakıdakı təsnifat çox gərgin keçdi, güclü külək, fasiləli yağış və qəzalara görə sessiya rekord altı dəfə qırmızı bayraqlarla dayandırıldı. Lider Oscar Piastri və Charles Leclerc qəza törətdilər, Esteban Ocon texniki qayda pozuntusuna görə diskvalifikasiya olunsa da starta buraxıldı, Max Verstappen isə “pole position”dan( yəni start xəttinin ən ön mövqeyindən birinci yerdən ) mövqeyindən start aldı.
Tsport.az xəbər verir ki, startda Verstappen liderliyi qorudu, Piastri və Alonso false start etdilər. Yarış boyunca çoxsaylı ötmələr, pit-stoplar və mövqelər üçün gərgin mübarizə getdi.
Nəticədə Max Verstappen Azərbaycan Qran Prisini qazandı — mövsümdə 4-cü, karyerasında 67-ci qələbəsi, həmçinin altıncı “Böyük şlem”ini əldə etdi. George Russell ikinci, Carlos Sainz üçüncü pillədə qərarlaşdı — Williams komandası üçün ilk podium.
Qeyd edək ki, sentyabrın 19u start götürən , möhtəşəm hadisələrlə yadda qalan Azərbaycan qran prisi bu gün-21 sentyabrda yekunlaşdı. İki həftə sonra isə yarış Sinqapurda davam edəcək.
Aytac Mustafayeva