Azərbaycan U-17 Qazaxıstan üzərində qələbə qazandı
Bakı, 6 iyun , Tsport.az
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini 2:0 hesabı ilə məğlub edib.
Tsport.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində Nicat Kərimov hesabı açıb, 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb, bu da millimizə qələbəni təmin edib.
Azərbaycan U-17 millisi növbəti sınağını iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.