Azərbaycan FutboluDünya Futbolu

Azərbaycan U-21 millisi Şotlandiya ilə heç-heçə etdi

Bakı, 15 oktyabr, Tsport.az

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Tsport.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçda komandamız Şotlandiya ilə 3:3 hesablı bərabərlik edib.
Azərbaycanın qollarını Xəyal Əliyev (7, 49 penalti) və Şahin İbrahimov (79) vurublar. Qonaqlardan isə Devid Uotson (33), Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) fərqləniblər.

Bu nəticə ilə Rəşad Eyyubovun komandası B qrupunda ikinci heç-heçəsini edərək xallarını 2-yə çatdırıb.