Azərbaycan – Ukrayna oyununun biletləri satışa çıxıb
Bakı, 19 avqust, Tsport.az
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə Bakıda keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Tsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Biletlərin qiymətləri
1-ci Kateqoriya – 10 AZN
2-ci Kateqoriya – 7 AZN
3- cü kateqoriya – 5 AZN
VİP – 20, 30, 200 AZN
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu saat 20:00-da başlayacaq.