Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu təqdim edildi
Bakı, 22 iyul , Tsport.az
Bu gün Federasiyanın 2025–2029-cu illər strategiya planı çərçivəsində yenilənmiş loqotip ictimaiyyətə nümayiş edilib.
Tsport.az xəbər verir ki, loqo üzgüçülüyün dinamikasını və suyun hərəkət qabiliyyətini simvollaşdırır.
- Mərkəzdə stilizə edilmiş üzgüçü fiquru dalğalarla əhatə olunub.
- Rəng palitrasında mavi və ağ tonları üstünlük təşkil edir
- Mavi rəng su enerjisini, ağ rəng isə təmizliyi və sağlamlığı ifadə edir
Yeni loqo aşağıdakı sahələrdə istifadə olunacaq:
- Rəsmi sənədlər və kommunikasiya materialları
- İdman geyimləri və avadanlıqlar
- Federasiyanın veb-saytı və sosial media hesabları
