Azərbaycanda “Barcelona” futbol akademiyası açılacaq
Bakı, 1 mart, Tsport.az
Azərbaycanda “Barcelona” futbol klubunun akademiyası yaradılacaq.
Tsport.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Barcelona” klubunun rəhbəriJoan Laporta ilə görüşü zamanı bildirilib.
Görüş çərçivəsində akademiyanın yaradılmasına dair sənədin imzalanacağı qeyd olunub. Həmçinin akademiyanın fəaliyyəti, Azərbaycanda uşaq futbolunun inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf də iştirak ediblər.