Azərbaycanın iki boksçusu Dünya Kubokunun 1/4 finalında
Bakı, 2 iyul , Tsport.az
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Tsport.az xəbər verir ki, 30 ölkədən 300-ə yaxın idmançının qatıldığı yarışda iki boksçumuz 1/4 finala yüksəlib.
60 kq çəki dərəcəsi:
Məhəmmədəli Qasımzadə 1/8 finalda Cənubi Koreyalı Donqvan Yanqı 5:0 hesabı ilə məğlub edib. O, növbəti mərhələdə Dominikan Respublikasından Yohan Aquera ilə qarşılaşacaq.
+90 kq çəki dərəcəsi:
Məhəmməd Abdullayev Monqolustan təmsilçisi Byeknur Xalini eyni hesabla – 5:0 – məğlub edərək 1/4 finala adlayıb. Rəqibi Cənubi Koreyalı Taeunq Yu olacaq.
Hər iki döyüş iyulun 3-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan bu turnirdə 11 boksçu ilə təmsil olunur. Hakimlərimiz Emil Qurbanəliyev və Anar Babanlı da yarışda iştirak edirlər.