Azərbaycan Futbolu

Azərbaycanın U-21 millisi ilk sınağına çıxacaq

Bakı, 22 mart, Tsport.az

Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Moldova ilə yoldaşlıq görüşünə çıxacaq.

Tsport.az xəbər verir ki, görüş, baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında U-21 millisinin ilk oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, martın 26-dək Türkiyədə hazırlıqlarını davam etdirəcək yığmamız, üç gün sonra Şimali Makedoniyanın U-21 komandası ilə də qarşılaşacaq.