-->
Azərbaycan Futbolu

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib

Bakı, 14 mart, Tsport.az

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Tsport.az xəbər verir ki, bu nəticə avrokuboklarda 1/8 final mərhələsinin cavab oyunlarından sonra məlum olub.

Ölkə 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb. 29-cu sırada Bolqarıstan (19.875) yer alıb, 31-ci mövqedə isə İrlandiya (14.968) qərarlaşıb.

UEFA reytinq siyahısına İngiltərə (109.982) başçılıq edir.