Azərbaycanlı FIFA referisi Avropa çempionatında təyinat alıb
Bakı, 14 mart, Tsport.az
Azərbaycanlı FIFA referisi Kamal Umudlu Avropa çempionatında təyinat alıb
Tsport.az xəbər verir ki o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının elit raundunun 3-cü qrupunda oyunları idarə edəcək.
Kamal Umudlu martın 19-da Niderland – Xorvatiya, martın 25-də isə Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də isə Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Həmçinin, Namik Hüseynov həmin oyunlarda Kamal Umudluya köməkçi hakim olaraq xidmət edəcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada keçiriləcək.