“Azarkeşlərimizin xoşbəxt olması, bizim üçün də əlavə motivasiyadır” – Abbas Ağazadə
Bakı, 28 aprel, Tsport.az
Birinci Liqanın bitməsinə 4 tur qala “İmişli” Misli Premyer Liqasında gələn mövsüm üçün çıxışını təmin edib.
Tsport.az xəbər verir ki, komandanın üzvü Abbas Ağazadə bu barədə fikirlərini bizimlə bölüşüb, suallarımızı cavablandırıb.
“Bu hissi 3-cü dəfədirki yaşayıram. “Turan-Tovuz”, “Şamaxı” və indi “İmişli”. Gözəl hissdir. Həm də karyera üçün gözəl addımdır. İnanıram ki, bu dəfə daha davamlı olacaq.
” Qəbələ” oyunu bizim üçün önəmli əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə “Qəbələ”ni məğlub edən kollektiv biz olduq. Bu bizim üçün bir motivasiya idi. Həmçinin “Qəbələ”nin bizim meydanımızda çempion olmaması üçün çalışdıq. Şükürlər olsun ki, alındı.
Sonrakı 4 oyunda “Karvan”ın bizi keçməməsi üçün mübarizə aparacağıq. İkinci yerdə olmaq, bizim üçün böyük əhəmiyyət kəsb edir. Qalan 4 oyuna da məsuliyyəti yanaşmalıyıq. Hər oyun kimi bu oyunlara da peşəkar yanaşacağıq.
“İmişli” tarixində ilk dəfə əsas liqaya yüksəlir. Rayonumuz futbolsevərdir. Azarkeşlərimizin xoşbəxt olması, bizim üçün də əlavə motivasiyadır.
Fikrimcə, gələn mövsüm klubumuz əsas liqada qalmaq üçün çalışacaq. Ən azı 1 ilk əsas liqada çıxış etmək, futbolçu üçün böyük əhəmiyyətə malikdir. Sonra yeni transfer, yeni karyera ola bilər. Əsas liqada qalmaq hazırda önəmlidir”.
Bahar Rüstəm