Azərbaycan Futbolu

“Sabah” “Araz-Naxçıvan”la bərabərə qaldı

Bakı, 25 oktyabr, Tsport.az

Misli Premyer Liqasının IX turunda “Araz-Naxçıvan” doğma meydanda “Sabah”ı qəbul edib.

Tsport.az xəbər verir ki, Bank Respublika Arenada baş tutan matçı Rəşad Əhmədovun idarə etdib. Matçda ilk hissə qolsuz başa çatıb. İkinci hissədə hesabı qonaqlar açıb. 54-cü dəqiqədə Solvent fərqlənərək komandasını hesabda irəli keçirib: 0-1. Cavab qolu isə gecikmədi. 58-ci dəqiqədə İossuf Paro hesabı bərabərləşdirdi: 1-1. Masazır təmsilçisi 73-cü dəqiqədə Joy Lens Mickelsin penaltidən vurduğu qolla hesabda irəli keçdi: 1-2. 90+9-cu dəqiqədə Ba Mulaka Simakalanın qolu ilə Naxçıvanlılar hesabı bərabərləşdirdi: 2-2. Matç 2-2 başa çatdı.