Azərbaycan Futbolu

75-ci ev qələbəsi

Bakı, 20 oktyabr, Tsport.az

“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb. “Gənclik şəhəri” təmsilçisi buna 223-cü matçında nail olub.

Tsport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.

İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.