AFFA 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb
Bakı, 8 aprel, Tsport.az
AFFA İntizam Komitəsi, 3 klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Tsport.az xəbər verir ki, “Ərkivan” və “Qobustan” arasında oynanılan matçda qonaq komandada protokolda adı qeyd edilməyən bir futbolçu iştirak etdiyindən, “Ərkivan” 0:3 hesabı ilə məğlub sayılıb.
“Santos Baku” və “Antiguoko İnternational” arasındakı U-11 Liqası oyununda isə qonaq komandada lisenziyası olmayan bir futbolçu meydana çıxıb və “Antiguoko İnternational” 0:3 məğlub sayılıb.
Son olaraq, U-17 Qızlar Liqasında “Zaqatala” komandası, “Şəfa” ilə oyunda yetərsay olmaması səbəbindən 0:3 texniki məğlubiyyət alıb.