Albert Riera: “Sabah” klubuna hörmətlə yanaşırıq…
Bakı, 9 iyul, Tsport.az
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah FK” ilə qarşılaşacaq NK Celje (Sele) klubunun baş məşqçisi Albert Riera qarşıdakı oyuna dair fikirlərini bildirib. O, rəqibi diqqətlə analiz etdiklərini və hazırlıqlı olduqlarını qeyd edib.
Tsport.az xəbər verir ki, Sloveniyalı mütəxəssis matçdan əvvəl keçirilən mətbuat konfransında bu sözləri deyib:
“Sabah” haqqında lazımi qədər məlumata sahibik. Komandada bəzi dəyişikliklər var və ümid edirəm ki, bu bizim xeyrimizə olacaq. Rəqibə hörmətlə yanaşırıq, lakin öz gücümüzə də əminik. Düşünürəm ki, UEFA Konfrans Liqasındakı son çıxışımızdan sonra “Sabah” da bizə dair yetərli informasiyaya malikdir. Amma oyun öncəsi komandalara qiymət vermək istəməzdim.”
Xatırladaq ki, UEFA Avropa Liqasının ilk qarşılaşması 10 iyul tarixində Bank Respublika Arenada baş tutacaq. Cavab oyunu isə 17 iyulda Sloveniyada keçiriləcək.