Antoine Makoumbou karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Bakı, 29 iyun , Tsport.az
İtaliya A Seriyasının təmsilçisi “Cagliari“nin futbolçusu Antoine Makoumbou, Türkiyə Superliqasına transfer olmağa yaxındır. “Samsunspor” klubu artıq oyunçunun keçidi ilə bağlı “Cagliari” ilə razılıq əldə edib.
Tsport.az xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçi bu transferə müsbət yanaşır və tərəflər arasında müqavilənin gələn həftə imzalanması gözlənilir.
Makoumbou geridə qalan mövsümdə “Cagliari”nin heyətində 34 oyuna çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun italiyalılarla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.