Azərbaycan Futbolu

“Arsenal” bu futbolçu üçün 125 milyon avro təklif edir

Bakı, 9 aprel, Tsport.az

“Inter”in ulduz futbolçusu Lautaro Martínezin transferi üçün “Arsenal” ciddi addımlar atır.

Tsport.az xəbər verir ki, London təmsilçisi Martínezi heyətinə qatmaq üçün “Inter”ə 125 milyon avro təklif etməyə hazırdır. Hətta Martínezin bazar dəyəri Transfermarkt portalına görə 95 milyon avro olaraq qiymətləndirilir.

Martínezin “Inter”lə olan müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edir.

Bu mövsüm ərzində Lautaro Martínez 41 oyunda 19 qol vurub və 6 məhsuldar ötürmə ilə gözəl bir performans göstərib.