“Arsenal” Premyer Liqa tarixində rekorda imza atıb
Bakı, 21 oktyabr, Tsport.az
İngiltərə Premyer Liqasında maraqlı statistika qeydə alınıb.
Tsport.az xəbər verir ki, “Arsenal“, ardıcıl 8 oyunda standart vəziyyətdən 10 qol vuran ilk komanda kimi liqa tarixində rekorda imza atıb.
Hazırda London klubu turnir cədvəlində lider mövqeyini qoruyur. Mikel Artetanın komandası ən yaxın izləyicisi “Manchester City“-ni 3 xal qabaqlayıb.