Azərbaycan Futbolu

“Atletic” – “Qarabağ” matçında təxribat!

Bakı, 22 oktyabr, Tsport.az

Bu gün, UEFA çempionlar liqası lll turunda səfərdə “Atletic”lə qarşılaşan komandamız – “Qarabağ” təxribatla üzləşib.

Tsport.az xəbər verir ki, “Atletic”li  azarkeşlər tribunada qondarma rejiminin bayrağını açıb. Bu, Mateus Koxalskinin qoruduğu qapının arxasında baş verib. Ekranlardan da bu görüntülər aydın görünürdü. Hətta oyundan öncə də stadion ərazisində bayraqlar görüntülənib. 

Qeyd edək ki, UEFA qaydalarına görə, əslində tribunada bu tip  davranışlar yolverilməzdir, ən əsası isə  qadağandır və buna görə ev sahibi komanda cəzalanır.