“Atletik” – “Qarabağ” oyununun hakimləri bəlli olub
Bakı, 20 oktyabr, Tsport.az
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.
Tsport.az xəbər verir ki, oyunu xorvatiyalı referi İqor Payaç idarə edəcək. Ona Boyan Zobenitsa və İvan Mihali kömək edəcək, dördüncü hakim isə Zdenko Lovriç olacaq.
Qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.