Azərbaycan Super Liqası: “VTB”dən böyükhesablı qələbə
Bakı, 12 iyul, Tsport.az
AFFA-nın və Çimərlik Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında növbəti günün oyunları start götürüb.
Tsport.az xəbər verir ki, günün ikinci qarşılaşması “VTB”- “Dirçəliş” komandaları arasında baş tutub.
Qarşılaşma “VTB” komandasının böyükhesablı qələbəsi ilə başa çatıb- (12:2)
Günə “Çinar Zəngilan”- “Rekord Club” komandalarının görüşü ilə yekun vurulacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turnir iyulun 15-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq.