Babək Quliyev 3 oyuna təyinat alıb
Bakı, 21 oktyabr, Tsport.az
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Tsport.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək. B. Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə – Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.
Qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.