“Baku Sporting” AFFA və PFL-ə rəsmi müraciət etdi
Bakı, 2 iyul , Tsport.az
Azərbaycanın I Liqasında çıxış edən “Baku Sporting” klubu AFFA və Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
Tsport.az xəbər verir ki, müraciətdə Buzovna qəsəbəsinin rəsmi təmsilçisi kimi tanınmaq istəyi ifadə olunub.
Klubun açıqlamasından:
“Bu mövsümdən etibarən ev oyunlarımızı Buzovnadakı ‘Baku Sporting Arena’da keçirəcəyik. 2025/26 mövsümündən etibarən isə rəsmi olaraq Buzovna qəsəbəsini təmsil edəcəyik. AFFA və PFL-dən xahiş edirik ki, bütün rəsmi məlumatlarda bu fakt nəzərə alınsın.”