Azərbaycan Futbolu

“Baku Sporting” AFFA və PFL-ə rəsmi müraciət etdi

Bakı, 2 iyul , Tsport.az 

Azərbaycanın I Liqasında çıxış edən “Baku Sporting” klubu AFFAPeşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

Tsport.az xəbər verir ki, müraciətdə Buzovna qəsəbəsinin rəsmi təmsilçisi kimi tanınmaq istəyi ifadə olunub.

Klubun açıqlamasından:

“Bu mövsümdən etibarən ev oyunlarımızı Buzovnadakı ‘Baku Sporting Arena’da keçirəcəyik. 2025/26 mövsümündən etibarən isə rəsmi olaraq Buzovna qəsəbəsini təmsil edəcəyik. AFFA və PFL-dən xahiş edirik ki, bütün rəsmi məlumatlarda bu fakt nəzərə alınsın.”