“Chelsea” “Porto”nun hücumçusuna 100 milyon avro təklif edib
Bakı, 21 oktyabr, Tsport.az
İngiltərənin “Chelsea” klubu “Porto“nun futbolçusu Samu Omorodionu transfer etmək istəyir.
Tsport.az “Fichajes”-ə istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı hücumçu üçün 100 milyon avroluq təklif hazırlayıb. “Chelsea” gənc forveti yay transfer pəncərəsində heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, 2024-cü ildən “Porto” formasını geyinən İspaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 9 oyunda 8 qol vurub.