Azərbaycan Futbolu

Declan Ricein “Arsenal”dakı rolu dəyişib

Bakı, 21 oktyabr, Tsport.az

Premyer Liqanın ən yaxşı yarımmüdafiəçilərindən biri sayılan Declan Rice, artıq “Arsenal“-da əvvəlkindən fərqli rolda çıxış edir.

Tsport.az xəbər verir ki, 2023-cü ildə “West Ham”-dan 105 milyon funt sterlinqə “topçular”a keçdikdən sonra Rice ilk altı ayı daha çox dayaq yarımmüdafiəçisi kimi keçirmişdi. Lakin 2024-cü ilin yanvarında baş tutan qış təlim-məşq toplanışından sonra o, “box-to-box” – həm hücum, həm müdafiə vəzifəsini yerinə yetirməyə başladı.

Ötən mövsüm 26 yaşlı futbolçu 9 qol və 10 məhsuldar ötürmə ilə karyerasının ən məhsuldar mövsümünü keçirib.

Rice bu mövsüm Arsenal-da topla irəliləmələr (147), cərimə meydançasına ötürmələr (57) və yaradılan qol epizodları (13 ) baxımından komandanın lideridir.

Əfsanəvi kapitan Patrick Vieira onu “tam yarımmüdafiəçi” adlandırıb.