Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
Bakı, 21 oktyabr, Tsport.az
FİFA referisi Elçin Məsiyev UEFA tərəfindən növbəti dəfə təyinat alıb.
Tsport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Genk” (Belçika) – “Real Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Schröder VAR, həmyerlimiz Nicat İsmayıllı isə AVAR olacaq.
Matç oktyabrın 23-də, Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.