Elçin Məsiyev “Genk” – “Betis” matçında
Bakı, 21 oktyabr, Tsport.az
E.Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Tsport.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.