Azərbaycan FutboluMüsahibə

“Əsas məsələ odur ki, bir-birimizə inanaq”

Bakı, 25 oktyabr, Tsport.az

Azərbaycan I Liqasının VII turunda “Şəfa” doğma meydanda “Səbail“i qəbul edib.

Tsport.az xəbər verir ki, 2-2 hesabı ilə başa çatan matçdan sonra “Şəfa”nın üzvü Nahid Əliyev fikirlərini bizimlə bölüşüb:

“Çətin və gərgin oyun keçdi, bunu əvvəlcədən də gözləyirdik. Şükürlər olsun ki, məğlub olmadıq, heç olmasa bir xal qazandıq. Əsas məqsəd uduzmamaq idi və biz də buna nail olduq. Bir xal da olsa, buna da şükür”.

O, həmçinin komandanın qarşıdakı məqsədlərindən də danışıb:
“Bizim əsas hədəfimiz çempionluqdur. Başqa məqsədimiz yoxdur.”

21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü olan oyunçu yeni baş məşqçi Rəşad Eyyubov barədə də fikirlərini bölüşüb:
“Rəşad müəllimlə artıq ilk toplanışımız baş tutdu və hər şey yaxşı keçdi. Düzdür, Şotlandiyaya qarşı oyunda uduzduq, amma ümumilikdə normal oyun sərgilədik. Rəşad müəllim özü də futbolçu olub, biz də ona çox güvənirik. Əsas məsələ odur ki, bir-birimizə inanaq.”

Bahar Rüstəm