Azərbaycan Futbolu

“Fenerbahçe Beko” və “Anadolu Efes”dən ortaq açıqlama!

Bakı,22 oktyabr,   Tsport.az

EuroLeague-də mübarizə aparan “Fenerbahçe Beko” və “Anadolu Efes”, İsrail klublarının ev oyunlarını yenidən öz ölkələrində keçirməsi ilə bağlı gündəmə gələn xəbərlərlə əlaqədar rəsmi açıqlama yayıb.

” Tsport.az “ xəbər verir ki, 

Klubların ortaq duyurusunda deyilir:

“EuroLeague-də İsrail klublarının 1 dekabr 2025-ci ildən etibarən ev oyunlarını yenidən İsraildə keçirməsinə dair xəbərlər gündəmə gəlmişdir.

21 oktyabr 2025-ci il tarixində EuroLeague rəhbərliyi tərəfindən qeyri-rəsmi iclas keçirilmiş və İsrail komandalarının oyunları ilə bağlı müzakirələr aparılmışdır.”

“İclasın ardından yayımlanan basın bülteni və EuroLeague CEO-su Paulius Motiejunasın açıqlamalarında qərar prosesində bütün üzvlərin ortaq mövqedən hərəkət etdiyi bildirilsə də, həmin toplantıda heç bir səsvermə aparılmamış, yalnız məsələnin izlənməsi qərara alınmışdır. ‘Fenerbahçe Beko’ və ‘Anadolu Efes’ mövzu ilə bağlı mənfi mövqelərini açıq şəkildə ifadə etmiş, mümkün qərarın doğura biləcəyi nəticələrə dair narahatlıqlarını paylaşmışdır.”

“Mövzu ilə bağlı dövlətimizin aidiyyəti qurumları və EuroLeague rəhbərliyi ilə danışıqlarımız davam edir. İnkişaflar ictimaiyyətə çatdırılacaqdır.”