“Futbolu həm azarkeşlərimiz, həm də nəticə üçün oynayırıq”
Bakı, 26 avqust , Tsport.az
UEFA Çempionlar Liqasının play off mərhələsində təmsilçimiz “Qarabağ” Macarıstan təmsilçisi “Ferençvaroş“u qəbul edəcək.
Tsport.az xəbər verir ki, oyundan əvvəl mətbuat konfransında baş məşqçi Qurban Qurbanov fikirlərini bölüşüb:
“Hamımız bu oyunun nə dərəcədə bizim üçün vacib olduğunu bilirik. Biz həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. Bizim üstünülüyümüz görünür. Ancaq qətiyyən bunu düşünməməliyik. Çox təhlükəli rəqibdir və özünə xas oyunu var. Oyuna baxdıq və bəzi detallara toxunduq. Çalışacayıq ki, sabah oyundan çıxmayaq. Bizim yaxşı nəticələrimiz həmişə oyun üslubumuza görə olub. Nəticəni qorumaq üçün meydanda etməli olduğumuzu edəcəkyik. Əsas evdə baxımlı oyun oynamaqdır, rəqib imkan verdikcə topa sahib olmaqdır. Futbolu həm azarkeşlərimiz, həm də nəticə üçün oynuyurq. Qol vurmaq buna görə vacibdir. Bizi meydanda hər hansı bir problem gözləyəcəkmi? Onu deyə bilmərəm. Rəqib də çalışdığı qədər riskə gedəcək”.
Qeyd edək ki, matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.