Azərbaycan Futbolu

Hakim Ziyechin yeni komandası bəlli oldu!

Bakı,22 oktyabr,   Tsport.az

Bir müddət Trendyol Süper Liqa təmsilçisi “Galatasaray”ın formasını geyinən mərakeşli futbolçu Hakim Ziyechin yeni ünvanı rəsmiləşib.

” Tsport.az “ xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, Ziyech, Mərakeş çempionatı klublarından “Wydad Casablanca” ilə müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli oyunçu “Galatasaray”dan ayrıldıqdan sonra Qətər təmsilçisi “Al-Duhail”ə transfer olmuşdu.