Hakim Ziyechin yeni komandası bəlli oldu!
Bakı,22 oktyabr, Tsport.az
Bir müddət Trendyol Süper Liqa təmsilçisi “Galatasaray”ın formasını geyinən mərakeşli futbolçu Hakim Ziyechin yeni ünvanı rəsmiləşib.
” Tsport.az “ xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, Ziyech, Mərakeş çempionatı klublarından “Wydad Casablanca” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, təcrübəli oyunçu “Galatasaray”dan ayrıldıqdan sonra Qətər təmsilçisi “Al-Duhail”ə transfer olmuşdu.