“İmişli”də yeni qapıçı
Bakı, 7 iyul , Tsport.az
“İmişli” heyətini yeni qapıçı ilə gücləndirib.
Tsport.az xəbər verir ki, klub İmam Əli ilə 1 illik müqavilə imzalayıb.
Əli yeni mövsümdə üçüncü qapıçı kimi təcrübə toplayacaq. Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “İmişli” bu yay aşağıdakı futbolçuları da komandaya cəlb edib:
- Ronaldo Rodriqez de Souza (son klubu “Borneo”, İndoneziya)
- Azər Salahlı (son klubu “Neftçi”)
- İbrahim Əliyev (son klubu MOİK)