Azərbaycan Futbolu

İntizam Komitəsinin iclası keçirildi

Bakı, 21 oktyabr, Tsport.az

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:


Misli Premyer Liqası VIII tur

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı” komandasının 19 nömrəli futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Şamaxı” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Kəpəz” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “İmişli” – “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Sumqayıt” – “Karvan-Yevlax” oyunu “Karvan-Yevlax” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Karvan-Yevlax” komandası 3000 manat cərimə edilsin (maddə 77.4)

19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Neftçi” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);

19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 54.2);

I Liqa V tur

15.10.2025-ci il tarixində I Liqada V turun “Səbail” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, MOİK komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 58.1);

16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilsin (maddə 57.2);

Əvəzedicilər liqası VII tur

17.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

18.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

19.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 56 nömrəli qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 46);

19.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).