Azərbaycan Futbolu

“Kəpəz”dən daha bir transfer

Bakı, 5 iyul , Tsport.az 

Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz” yay transfer pəncərəsində heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

Tsport.az xəbər verir ki, Portuqaliyalı mərkəz müdafiəçisi Pedro Gomes ilə iki illik müqavilə imzalanıb.

22 yaşlı futbolçu son mövsümü Portuqaliyanın “Boavista FC” klubunda keçirib və 2024/25 mövsümündə 21 oyunda meydana çıxıb. Bu transferlə Gomes karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayacaq və Azərbaycan çempionatında debüt edəcək.