“Karvan”ın ikinci transferi
Bakı, 8 iyul , Tsport.az
“Karvan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Tsport.az xəbər verir ki, klub müdafiəçi Süleyman Əhmədov ilə 1 illik müqavilə imzalayıb.
25 yaşlı futbolçu son mövsümdə “Səbail”də çıxış edib.
Qeyd edək ki, daha öncə “Karvan” ötən mövsümü “Turan Tovuz”da keçirmiş Eltun Turabovla da anlaşmışdı.