Kurban Berdıyev yeni köməkçilər gətirdi
Bakı, 5 iyul , Tsport.az
Azərbaycan Premyer Liqası təmsilçisi “Turan Tovuz” baş məşqçi Kurban Berdıyevin təşəbbüsü ilə məşqçilər heyətini genişləndirib.
Tsport.az xəbər verir ki, təcrübəli mütəxəssis özünə üç yeni köməkçi gətirib:
Yeni təyinatlar:
- Aleksandr Kornilov – həkim
Qazaxıstanlı mütəxəssis daha əvvəl “Spartak Semey”, “Altay”, “Kairat” və “Yelimay” klublarında çalışıb. - Marco Caser – fiziki hazırlıq üzrə məşqçi
İtaliyalı mütəxəssis “Salernitana”, “Belluno”, “Novara”, “Valletta”, “Birkirkara”, “CS Sfaxien”, “Al-Gharafa”, “Nassaji”, “Tractor” və “Foolad” kimi klublarda təcrübə qazanıb. - Vincenzo Cestaro – atletik hazırlıq üzrə məşqçi
Son olaraq Maltanın “Hamrun Spartans” klubunda çalışan Cestaro daha əvvəl “Valletta”, “Viktoria Plzeň”,” Cavese”, “Foggia”,” Avellino” və “Nocerina” kimi klublarda fəaliyyət göstərib.
Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb və onlar artıq komandanın məşqlərinə qoşulublar.