Azərbaycan Futbolu

“Kəpəz”dən daha üç legioner ayrıldı

Bakı, 28 iyun , Tsport.az 

Premyer Liqa təmsilçisi “Kəpəz” yay fasiləsində heyətində daha üç legioner futbolçusu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə təmsilçisi müqavilələri başa çatan Trent Buhagiar, Rati Ardazishvili və Karim Loukça (Karim Loukcha) ilə anlaşmanı yeniləməyib.

Tsport.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazishvili cari mövsümdə 18 çempionat oyununda forma geyinib. Maltalı Trent Buhagiar isə 12 matçda meydana çıxıb. Əslən Mərakeşdən olan, lakin İspaniya vətəndaşlığı daşıyan Karim Loukcha isə mövsüm ərzində 33 oyuna çıxaraq 1 qolla yadda qalıb.

Qeyd edək ki, “Kəpəz” bundan əvvəl belaruslu müdafiəçi Yegor Khvalko ilə də yollarını ayırdığını açıqlamışdı. Klub rəhbərliyi yeni mövsüm öncəsi heyətində geniş dəyişikliklər aparmaqda davam edir.