Azərbaycan Futbolu

Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi təyin olundu

Bakı, 28 iyun , Tsport.az 

Qarabağ” klubunun əvəzedici komandasında baş məşqçi dəyişikliyi baş verib. Klubun sabiq kapitanı Maksim Medvedev rəsmi olaraq “Qarabağ-2”nin baş məşqçisi postuna gətirilib.

Tsport.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını başa vurduqdan sonra ötən mövsüm klubun U-14 komandasında köməkçi məşqçi kimi çalışıb və həmin komandaya Azərbaycan çempionluğu yaşadıb. Medvedevin “Qarabağ” akademiyasında məşqçi kimi yüksəlməsi, klubun yerli mütəxəssislərə etimad strategiyasının davamı kimi qiymətləndirilir.