Nazir idmançılarla görüşdü
Bakı, 8 iyul , Tsport.az
İyulun 7-də gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb.
Tsport.az xəbər verir ki, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.
Tədbirdə idmançılar və onların məşqçiləri iştirak edib.
Dəvətli qonaqlar dövlət himnimizlə qarşılanıb. Daha sonra nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülən şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Videoçarxda bu ay beynəlxalq arenalarda əldə olunmuş nailiyyətlər nümayiş etdirilib. Sonra iştirakçılar çıxış ediblər.
- Aerobika gimnastikası
- Akrobatika gimnastikası
- Kayak
- Kanoe
- Akademik avarçəkmə
- Boks
- Basketbol
- Cüdo
- Çimərlik güləşi
- Sərbəst güləş
- Qadın güləşi
- Yunan-Roma güləşi
- Minifutbol
- Kikboksinq
- Karate
- MMA
- Parapauerliftinq
- Parabadminton
- Kəmər güləşi
- Qırğız kuroşu
- Deflimpiya (karate WKF)
Hər idman nümayəndəsi çıxış edərək yarışdakı nəticələri barədə məlumat verib. Sonda nazir Fərid Qayıbov idmançıları təbrik edib və onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.