“Neftçi”dən daha bir transfer
Bakı, 28 iyun , Tsport.az
“Neftçi” transfer çalışmalarını davam etdirir. Paytaxt klubu Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlovla 2 illik müqavilə imzaladığını açıqlayıb. 30 yaşlı futbolçu bundan sonra ağ-qara formanı geyinəcək.
Tsport.az xəbər verir ki, Sankt-Peterburq “Zenit” akademiyasının yetirməsi olan Bədəlov 2014–2017-ci illər aralığında “Neftçi”nin heyətində çıxış edib. Son olaraq 2019–2025-ci illər ərzində “Sumqayıt” klubunda forma geyinmiş və burada hazırkı baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynamışdı. Elvin Badalov millidə 10 oyunda meydana çıxıb.